Məhkumların mülki xəstəxanalarda müayinədən keçirilməsi təklif edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda həbs edilmiş şəxslərin digər tibb müəssisələrində
müayinədən keçirilməsi təklif edilir.

AzerTimes-ın
məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan
hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə
məruzəsində əksini tapıb.

Məruzədə, həbs edilmiş, habelə müəyyən müddətə azadlıqdan
məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən
şəxslərin sağlamlığının qorunması hüququnun effektiv müdafiəsi
məqsədilə belə şəxslərin müayinə və müalicəsinin Penitensiar
Xidmətin Müalicə Müəssisəsində aparılması mümkün olmadıqda, zəruri
tibbi xidmətlərin digər tibb müəssisələrində dövlət hesabına həyata
keçirilməsi ilə bağlı müvafiq qanunvericiliyə zəruri əlavə və
dəyişikliklərin edilməsi.

Qeyd edək ki, məruzə Milli Məclisin martın 4-də keçiriləcək
plenar iclasında müzakirəyə çıxarılacaq.

Teqlər: