Məhkəmədən Nazim Bəydəmirli ilə bağlı yeni qərar

Məhkəmədən Nazim Bəydəmirli ilə bağlı yeni qərar

Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin müddəti 1 ay uzadılıb.

AzerTimes xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul olunub.

Qeyd edək ki, eks deputat ötən ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Teqlər: