Andlı iclasçılar heyəti ABŞ Prezidenti Co Baydenin oğlu Hanterin silah saxlaması ilə bağlı iş üzrə ittiham hökmü çıxarıb.
AzerTimes xəbər verir ki, bu barədə “Foks Nyus” teleşirkəti məlumat yayıb.
Hunter Bayden üç maddə üzrə təqsirli bilinib.
Belə ki, Co Baydenin oğlunun silah saxlaması ilə bağlı istintaqa 2018-ci ildə başlanılıb, o zaman onun narkotik vasitələrdən istifadə etdiyi və eyni zamanda revolverə sahib olduğu məlum olub.
Amerika qanunları narkotikdən istifadə edən və ya saxlayan insanlara silah almağı və ya saxlamağı qadağan edir.
Məlumata görə, Baydeni 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.