Məhkəmədə hönkürən Xaçatryan nələr edib? – Foto

Məhkəmədə hönkürən Xaçatryan nələr edib? – Foto

Xocalı qatili və Meşəli cəlladı Vaqif Xaçatryan bu gün keçirilən məhkəmə prosesində zar-zar ağlamağa başlayıb. Timsah göz yaşlarıdır. Onun məhkəmədə yaratdığı bədbəxt obrazının altında əsl müharibə cinayətkarı dayanır.

AzerTimes xəbər verir ki, həm keçmiş əsirlərin ifadələri, həm də açıq resurslarda yayılan fotolar Xaçatryanı törətdiyi dəhşətli cinayətlərin faktı qarşısında qoyur.

Müharibə cinayətkarı Xaçatryan xüsusilə Xocalıda törədilən dinc sakinlərin kütləvi qırğınında birbaşa iştirak edib.

Xocalı sakini Püstə Kazımova qeyd edir ki, Xaçatryanın da olduğu erməni silahlılarının məqsədi Meşəli kənd camaatını tamam qırmaq olub:

“Meşəlinin dinc sakinləri yuxuda olduğu bir vaxtda düşmən hücuma keçdi. Güllə səsinə oyandıq. Evdən çıxmaq üçün cəhdlər etdik, lakin buna imkan vermədilər. Məqsədləri kənd camaatını tamam qırmaq idi. Aralarında V.Xaçatryanın da olduğu silahlı erməni dəstəsi 53 yaşlı əmimi amansızlıqla qətlə yetirdilər. Əgər kəndə kömək gəlməsəydi, hər kəsi öldürərdilər”.

Ucar sakini Mail Məmmədov da Xaçatryanın amansız işgəncələrinə məruz qalıb:

“Əsirlikdə olduğum müddətdə olmazın işgəncələrə məruz qalmışam. Mənə ən çox dözülməz işgəncələr verən Vaqif olub. Başıma qaynayan çaydanı töküb. Qaynar su başımın dərisini tamamı ilə sıyırıb çıxartdı. Ürəyi soyumayan erməni daha sonra əvvəlcədən hazırlanmış dəmir xaçı odun sobasında qızdıraraq sinəmə basdı. Əsirlik dövründə azərbaycanlılara ən çox işgəncə verən, keçid məntəqəsində saxlanılan Vaqif olub. Onu televiziyada görən kimi tanıdım. Mənə verdiyi işgəncələr gözümün önünə gəldi. Onu görəndən bu vaxta kimi hələ də özümə gələ bilməmişəm”.

Azərbaycanın mülki sakinlərini qətlə yetirən V.Xaçatryanın işgəncə ilə öldürülmüş meyitlərlə dəhşətli rəftarı, onları üzündə təbəssümlə sürüməsinə dair foto kadrlar var.

Xaçatryan ermənilərin “Avo” ləqəbli “milli qəhrəmanları”, terrorçu Monte Melkonyanın dəstəsində yer alıb. “Avo” ilə birlikdə Qarabağın dinc sakinlərinə qarşı terror törədib, yəni beynəlxalq terrorçu Melkonyanın silahdaşı olub.

Teqlər: