Xəbər - Ləman Zeynalova – Trend:
2022-ci ildə Azərbaycan dövlət büdcəsinin məhkəmə və hüquq-mühafizə sahələrinə xərclərinin 2,36 milyard manatdan çox olacağı gözlənilir.
Trend-in məlumatına görə, bu barədə “2022-ci il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanun layihəsində deyilir.
Gələn il bu sahəyə büdcə xərclərinin 2021-ci illə müqayisədə 12,9 faiz artırılması nəzərdə tutulur. 2021-ci ildə ədliyyə və hüquq-mühafizə sahələri üçün dövlət büdcəsindən 2,09 milyard manat ayrılıb.
2022-ci il üçün büdcə layihəsində məhkəmə sahəsində 110,39 milyon manat, hüquq-mühafizə orqanlarınaı 1,77 milyard manat, prokurorluğa 102,7 milyon manat, məhkəmə qərarlarının icrasına 10 milyon manat, hüquqi yardıma 4,39 milyon manat, məhkəmə, hüquq-mühafizə və prokurorluq orqanları ilə bağlı digər fəaliyyətə 367,3 milyon manatın ayrılması nəzərdə tutulur.
(Tərcümə: Orxan Nəbiyev)