Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda rüşvət almaqda
təqsirləndirilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
rüşvət almaqda təqsirləndirilən sabiq aparat rəhbəri Əjdər
Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.
AzerTimes-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə hakim son söz üçün Əjdər Cəbiyeva müraciət
edib.
Təqsirləndirilən bildirib ki, o, son söz deməyə hazır deyil və
məhkəmədən vaxt istəyib.
Hakim son söz üçün Əjdər Cəbiyeva bir həftə vaxt verib.
Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Əjdər Cəbiyevin
11 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin
əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda
ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı
əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri
seçilib.
Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol
təxəllüsü ilə tanınan şair-publisistdir.
Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat
rəhbəri işləyib.