Tiflisin Apelyasiya Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinə görə azadlığa buraxılmasını rədd edib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının üzvü Yekaterina Xerxeulidze məlumat yayıb.
“Apelyasiya Məhkəməsi Mixail Saakaşvilinin səhhətinə görə azadlığa buraxılması haqqında işinə baxıb və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb”, – Xerxeulidze bildirib.