Rusiyalı müxalifət lideri Aleksey Navalniyə 19 il həbs cəzası verilib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Moskva Şəhər Məhkəməsi Aleksey Navalnının cəza müddətini xüsusi rejimli həbsxanada keçirməsinə qərar verib.
Qeyd edək ki, dövlət ittihamçısı rusiyalı müxalif bloger Aleksey Navalnıya məhkəmədə 20 il cəza istəmişdi.