Məhkəmə həyat yoldaşını öldürməyə cəhd edən şəxsin şikayətini rədd edib

Xəbər - Samir Əli – Trend:

Cəlilabadda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Elnur Əliyevin cinayət işi apellyasiya şikayətinə baxılıb.

AzerTimes-ın məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, 2020-ci ilin iyul ayının 26-da Cəlilabad rayon Uzuntəpə kənd sakini Elnur Əliyevin yaşadıqları evdə arvadı Natavan Nəsirovaya bıçaqla xəsarət yetirib.

Faktı ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işinin materiallarının rayon prokurorluğu tərəfindən öyrənilməsi zamanı E.Əliyevin arvadı N.Nəsirovanı qəsdən adam öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək rayon prokurorluğunun icraatına götürülüb.

E.Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona qeyd edilən maddə ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əliyev 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Teqlər: