Məhkəmə Göyçayda 21 yaşlı qızı oğurlayan ata və oğlu barədə qərar verdi (ÖZƏL)

Xəbər - Samir Əli – Trend:

Məhkəmə Göyçayda 21 yaşlı qızı oğurlayan ata və oğlu barədə
qərar verib.

AzerTimes-ın
məlumatına görə, hadisədə təqsirləndirilən Feyruz Əliyev və atası
Mahmud Əliyev məhkəmə qarşısına çıxarılıb.

Göyçay rayon Məhkəməsinin qərarı ilə Feyruz Əliyev barəsində 4
aylıq həbs qətimkan tədbiri seçilib. Atası barəsində isə ev
dustaqlığı qərarı verilib.

Xatırladaq ki, hadisə füvralın 26-da səhər saat 08:30
radələrində Göyçay rayonunun Ulaşlı Şıxlı kəndi ərazisində baş
verib.


Kənd sakinləri- Feyruz Əliyev, atası Mahmud Əliyev və anası
Yeganə Əliyeva həmkəndliləri olan 21 yaşlı qızı oğurlayaraq
həyətlərindəki tövlədə saxlayıb. Ailə qızın əllərini və ağzını
bağlayaraq ona işgəncə verib.

Faktla bağlı Göyçay rayon Polis şöbəsində istintaq bölməsində
cinayət işi başlanıb, F. Əliyev və M. Əliyev şübhəli şəxs qismində
saxlanılaraq istintaqa cəlb ediliblər.

Teqlər: