Məhkəmə Əli Əliyevin şikayətini rədd etdi

Xəbər - Samir Əli – Trend:

Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının
(VİP) həbsdə olan sədri Əli Əliyev barəsində Yasamal Rayon
Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə
baxılıb.

AzerTimes-ın məlumatına görə, hakim Habil Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına görə, partiya sədrinin şikayəti təmin
edilməyib.

Qeyd edəki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət
Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə sağ qalan
polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş
və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq
xüsusi ittiham qaydasında şikayət veriblər.


İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev
məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib.
Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi
məhkəməyə verib. Onların şikayətləri ayrı icraatda araşdırılıb.
Yanvarın 13-də Yasamal rayon Məhkəməsində keçirilən prosesdə
DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti təmin
olunub.

Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.

Teqlər: