Məhkəmə ekspertiza işlərinin sayı 16%-dən çox artıb

Xəbər - Çingiz Səfərli – Trend:

Məhkəmə Ekspertizası Mərkəzinə daxil olan ekspertiza işlərinin sayı 16%-dən çox artaraq 21 mini ötüb, onlardan 17.500-dən çoxunun icraatı tamamlanıb.

AzerTimes-ın məlumatına görə, bunu Məhkəmə Ekspertizası Mərkəzində keçirilmiş müşavirədə mərkəzin rəis müavini vəzifəsini icra edən Rahim Rəhimov deyib.

O mərkəzin 4 regional bölməsi tərəfindən aparılan ekspertizaların həcminin 30% artdığını vurğulayıb.

R.Rəhimov bildirib ki, ekspertizaların keçirilməsi ilə bağlı dövlət büdcəsinə ödənilməli vəsaitin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12%-dən çox artıb.


Twitter:@cingizsafarli

Teqlər: