Türkiyənin Məmləkət Partiyasının sədri Məhərrəm İncə xəstəxanaya yerləşdirilib.
AzerTimes xəbər verir ki, M.İncə Tvitter hesabında bildirib.
İncə təfərrüatlı məlumat verməyib.
Qeyd edək ki, M.İncə 14 mayda keçirilən prezident seçkisinə 2 gün qalmış namizədliyini geri götürmüşdü. Əvvəlcə bunun səhhəti ilə bağlı olduğu bildirilsə də, daha sonra CHP tərəfindən şantaj edildiyinə görə bu addımı atmağa məcbur olduğu üzə çıxdı.