Türkiyənin Məmləkət Partiyasının sədri, prezidentliyə namizəd Məhərrəm İncənin infarkt keçirməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.
AzerTimes xəbər verir ki, bu barədə İncənin mətbuat katibi Oğuz Uçar məlumat yayıb.
Qeyd edək ki, bəzi saytlarda M.İncənin səhhətində problem yaranması ilə bağlı məlumat yayılıb. Partiya sədrinin əvvəlcə mitinq proqramını ləğv etdiyi, daha sonra isə ona infarkt riskinə qarşı dilaltı həblər verildiyi iddia olunub.