Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın qardaşı vəfat edib.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalında məlumat verilib.
Bildirilib ki, Məhəmmədhüseyn Şəhriyarın qardaşı Mirsadiq Xoşginabi dünyasını dəyişib.
Mirsadiq Xoşginabi 1934-cü ildə Təbrizdə anadan olub. Təqaüddə olan Mirsadiq Xoşginabi Təbrizdəki Şəhid Dəstqib orta məktəbinin direktoru vəzifəsində çalışıb.