Məhəmməd Muradlı erməni rəqibini məğlub etdi

Məhəmməd Muradlı erməni rəqibini məğlub etdi

BƏƏ-də Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri keçirilib.

AzerTimes İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib.

Məhəmməd Muradlı qara fiqurlarla Samvel Ter-Sahakyan mat qoyub. Teymur Rəcəbov isə ardıcıl 4-cü dəfə heç-heçə razılaşıb. Daha bir təmsilçimiz Eltac Səfərli də turu yarım xalla başa vurub. Aydın Suleymanlı isə iranlı rəqibinə uduzub.

Bu nəticələrdən sonra Murad 3 xalla 9-cu pillədə qərarlaşıb. O, liderlərdən yarımxal geri qalır. Hesabında 2 xal olan Eltac 35-ci, Aydın 50-ci, Teymur isə 53-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.

Şarjah Masters, IV tur

Aydın Suleymanlı – Bardiya Daneşvar (İran) – 0:1

Samvel Ter-Sahakyan (Ermənistan) – Məhəmməd Muradlı – 0:1

Teymur Rəcəbov – Ediz Gürel (Türkiyə) – 0,5:0,5

Vladislav Artemyev (AİN) – Eltac Səfərli – 0,5:0,5

Teqlər: