Xəbər - İlhamə İsabalayeva – Trend:
Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın vəzifəsindən azad edilmə səbəbi açıqlanıb.
Təhsil Nazirliyindən AzerTimes-ın sorğusuna cavab olaraq bildirilib ki, M.Vəliyeva 25 dekabr 2020-ci il tarixindən öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.
M.Vəliyeva 2018-ci ilin iyunun 27-dən təhsil nazirinin müavini vəzifəsini icra edirdi.
O, buna qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri idi.