Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Telman Hüseynqulu oğlu Mehdiyevin tutduğu vəzifədən azad olunduğu barədə xəbər yayılıb.
AzerTimes Modern.az-a istinadən xəbər verir ki, məlumatda Telman Mehdiyevin yaş həddi ilə əlaqədar öz ərizəsinə əsasən təqaüdə göndərildiyi bildirilir.
Telman Mehdiyevin Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın eks-prezidenti Ramiz Mehdiyevin yaxın qohumu olduğu söylənilir.
O, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi postuna 2022-ci ilin yanvarında təyinat almışdı.