Mehdiyevin çıxartdığı general DGK-ə sədr gəldi – Dosye

Mehdiyevin çıxartdığı general DGK-ə sədr gəldi – Dosye

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Şahin Bağırov Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilib və sədrin səlahiyyətlərinin icrası ona tapşırılıb.

AzerTimes xatırladır ki, Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov da vəzifəsini davam etdirir. Belə ki, Prezidentin fərmanı ilə DGK strukturunda dəyişiklik edilib və sədrin birinci müavinlərinin sayı 2-yə qaldırılıb.

Qeyd edək ki, Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından DGK sədrinin müavini təyin edilib.

2018-ci ilin iyulunda DGK-nın yeni sədri Səfər Mehdiyevin təqdimatı ilə Ş.Bağırov vəzifədən azad edilib.

Yenilənəcək…

Teqlər: