“Mehdiçilər”in nə istəyirdilər, nə oldu… – Fərid Şəfiyev

“Mehdiçilər”in nə istəyirdilər, nə oldu… – Fərid Şəfiyev

Şiə radikalları Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə basqın etməklə Azərbaycanda dini əhval-ruhiyyə yaratmaq istəsələr də, cəmiyyətdə bunun əksi oldu.

AzerTimes xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev paylaşıb.

“Sosial şəbəkələrdən gələn reaksiyalara əsasən, demək olar ki, Azərbaycan bayrağının yerə atılmasına görə insanlar hiddətlənib (bu onu göstərir ki, bu əməli edən insanların Azərbaycana heç bir siyasi, emosional və ya hər hansı bağlılığı yoxdur). Belə ki, bu, ictimaiyyəti sekulyar dövlətçilik, ölkə bayrağına, tarixə və ənənələrə sədaqət ideyası ətrafında səfərbər edib”.

Teqlər: