Mehdi Sadiqi həbsdən buraxıldı və intihar etdi

Mehdi Sadiqi həbsdən buraxıldı və intihar etdi

İranın İlam şəhərindən olan ictimai fəal Mehdi Sadiqi həbsxanadan buraxıldıqdan sonra intihar edib.

AzerTimes xəbər verir ki, bu barədə onun yaxınları və insan haqları müdafiəçiləri məlumat yayıblar.

O, ötən ilin oktyabr ayının 12-də “ictimai asayişi pozmaq” ittihamına görə 6 ay həbs, 74 şallaq cəzasına məhkum edilib. Həmçinin, 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

Mehdi Sadiqi həbsdən buraxıldıqdan sonra məruz qaldığı fiziki və psixoloji işgəncələr barədə açıqlaması ilə də gündəmə gəlib.

Qeyd edək ki, son aylar İran həbsxanalarından buraxıldıqdan sonra 10-dan çox fəal intihar edib.

Teqlər: