Məhbus tələbələrin türmədən məktubu yayıldı

Məhbus tələbələrin türmədən məktubu yayıldı

Evin həbsxanasının daş divarları arxasından vətənin ən qaranlıq gecəsinin qoynunda doğmuş azadlıq günəşinin alovlarını görürük.

AzerTimes xəbər verir ki, bu sözləri Şərif Texnologiya Universitetinin həbsdə olan iki tələbəsi Əmirhüseyn Muradi və Əli Yunisi İranda davam edən tələbə etirazlarını dəstəkləyən məktublarında yazıb:

“Biz xalqın qəlbində doğmuş azadlıq günəşinin qığılcımlarını istəyirik. Ölkənin ən qaranlıq gecəsi… Evin həbsxanasının daş divarlarının arxasından görürük. Həbsxanadan universitetə, universitetdən küçəyə qədər əl-ələ verib dayanırıq. İnanırıq ki, görüş anı yaxındır”.

Qeyd edək ki, məktub dekabrın 7-i “Tələbələr Günü” münasibətilə yayımlanıb. Beynəlxalq Astronomiya Olimpiadasının qızıl medal qalibi Əli Yunisi və Milli Astronomiya Olimpiadasının gümüş mükafatçısı Əmir Hüseyn Muradi 2020-ci ilin aprelində saxlanılaraq, 16 il müddətinə azadlıqdan məhrum ediliblər.

Teqlər: