Rusiyanın başlatdığı müharibədə Ukraynanın məğlubiyyəti III Dünya müharibəsinin başlanğıcı ola bilər.
AzerTimes xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.
“Ukraynaya dəstəyin qarşısını almaq və məsələləri qeyri-müəyyən müddətə təxirə salmaq üçün heç bir əsas yoxdur. Mən Almaniya hökumətini Ukraynaya bütün növ silahlar verməklə bağlı qətiyyətlə hərəkət etməyə çağırıram”, – nazir bildirib.