Məğlub olduq, indi də seçim qarşısındayıq – Martirosyan

Məğlub olduq, indi də seçim qarşısındayıq – Martirosyan

Ermənistandan fərqli olaraq, Azərbaycan fövqəldövlət maraqlarının toqquşmasından faydalana bilib.

AzerTimes xəbər verir ki, bunu erməni politoloq Vladimir Martirosyan deyib.

“Bakı siyasi, iqtisadi və diplomatik arsenalını mümkün qədər şaxələndirməyə nail olub. 44 günlük müharibədən sonra Azərbaycan regionda maraqları olan bütün qütblər üçün mühüm hərbi-siyasi və maddi-texniki amilə çevrilə bildi. Azərbaycan diplomatiyasının çevikliyi və Bakının müxtəlif qütblərlə danışıqlar apara bilməsi fonunda Ermənistanın nə etdiyini təsvir etmək çox çətindir. Çünki cavab “heç nə”dir. İrəvan təslim oldu”, – o bildirib.

Politoloq qeyd edib ki, mürəkkəb geosiyasi proseslər kontekstində Ermənistan özünü çox primitiv seçim qarşısında qoyub:

“Qərb və ya Rusiya seçimi… Diplomatik diversifikasiya anlayışı onlara yaddır. Əvəzində Ermənistan hakimiyyəti ölkə ilə bağlı məsələlərə şərhçi statusuna düşüb. Onlar siyasətlə məşğul olmurlar”.

Teqlər: