Medvedyevin həyəcanlı bəyanatının səbəbi – Brayza açıqladı

Medvedyevin həyəcanlı bəyanatının səbəbi – Brayza açıqladı

Gürcüstandakı gərginlik fonunda biz ABŞ və Avropadan daha çox sanksiyalar görəcəyik.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

“Rusiya bu seçkilərə müdaxilə edibmi? Mənim dəqiq sübutlarım yoxdur. Lakin biz necə düşünə bilərik ki, Rusiya seçkilərə müdaxilə etməyib? Onlar ölkənin 20%-ni işğal ediblər. Gürcüstanda isə hökumətdə Rusiya ilə münasibətləri bərpa edən, Anakliya limanını ləğv edən və Kremlin istədiyi çox işi görən hökumət var.

Gürcüstan bir yerdə ilişib qalıb. Aydındır ki, hökumət AB-yə üzvlüklə bağlı inkişaf arzulamır. Gürcü xalqının böyük hissəsi isə bunu istəyir. Beləliklə, bu, cəmiyyətdə dərin ziddiyyətlər yaradır. Bəlkə də buna görədir ki, biz Medvedyevdən belə həyəcanlı bəyanatlar eşidirik”, – o bildirib.

Teqlər: