Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında 2024-cü il üçün zarafatyana proqnozunu paylaşıb.
AzerTimes-ın məlumatına görə, Medvedyev bildirib ki, ABŞ-ın hazırkı Prezidenti Co Bayden beynəlxalq axtarışda olacaq və onun yerinə 99 il həbs cəzası alan Donald Tramp gələcək.
Medvedyevin sözlərinə görə, onun ötən il verdiyi proqnozların bir çoxu özünü doğruldub.
O hesab edir ki, “Tesla”nın qurucusu İlon Mask vəzifəcə deyil, təsir gücü ilə ABŞ-ın prezidenti olub, Polşa Ukraynanın qərbini ələ keçirməyə hazırlaşır, Şimali İrlandiya isə Böyük Britaniyadan müstəqillik əldə etmək niyyətindədir.
Gələn il üçün Medvedyev bütün müdafiə məhsullarının Ukraynaya daha çox bağışlanması üçün Avropa Birliyi, ABŞ və Kanada ölkələrinin hərbi sənaye kompleksinin milliləşdirilməsini və AB ölkələrində nizami polis qüvvələrinin ləğvini “proqnozlaşdırıb”.
Medvedyev həmçinin Qodzillanın (film personajı – red.) Yaponiyada hakimiyyəti “ələ keçirəcəyini” də proqnozlaşdırıb.