Medvedyevdən Makrona: Buna yalnız biz qərar verəcəyik

Medvedyevdən Makrona: Buna yalnız biz qərar verəcəyik

Xüsusi hərbi əməliyyat davam edir. Rusiya məqsədinə çatana qədər davam edəcəyik.

AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedyev Fransa Prezidenti Emmanuel Makronun Ukraynada müharibənin nə vaxt bitəcəyi ilə bağlı proqnozuna cavabında deyib.

Onun sözlərinə görə, bunun nə vaxt olacağına yalnız Moskva qərar verəcək.

Qeyd edək ki, daha öncə Makron açıqlamasında Ukrayna münaqişəsinin 2027-ci ilə kimi bitə biləcəyini söyləyib.

Teqlər: