Medvedyev Zelenskini ələ saldı

Medvedyev Zelenskini ələ saldı

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna Prezidenti Vladimir Zelenskinin “Maydan-3”ün hazırlanması ilə bağlı sözlərini ələ salıb.

AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Zelenski bütün kartları qarışdırdı, planı ifşa etdi, əməliyyat hazırlığını tənzimləmək lazım gələcək. “Maydan-3” adının özü Kiyevin ilk 2 Maydan hadisələrinin dövlət çevrilişindən başqa bir şey olmadığını etiraf etməsi deməkdir”, – o bildirib.

Qeyd edək ki, Zelenski ölkədə “Maydan-3”ün hazırlanması barədə Ukrayna kəşfiyyatı və onun tərəfdaşlarından xəbərdarlıq aldığını bildirib:

“Moskva Ukrayna cəmiyyətində xaos yaratmaq niyyətindədir ki, bu da sonda “Maydan-3”ə gətirib çıxaracaq”.

Teqlər: