Medvedyev: Zelenski buna görə seçkini ləğv etdi

Medvedyev: Zelenski buna görə seçkini ləğv etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna Ali Radasının prezident seçkilərini təxirə salmasına münasibət bildirib.

AzerTimes xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.

“Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücum əməliyyatı şəraitində rəqiblərin meydana çıxması hazırkı hakimiyyət üçün təhlükəlidir. Korrupsiya ilə bağlı yeni faktlar da üzə çıxa bilər.

Maskalar nəhayət endirildi. Rada prezident seçkilərini ləğv edib. Axı, son ukraynalıya kimi müharibə gedirsə, seçkilər yoxdur, zelenskilər var. Və əksinə, seçkilər onlar üçün şərəfsiz sondur”, – Medvedyev bildirib.

Teqlər: