Medvedyev üçün status yazanın var-dövləti…

Medvedyev üçün status yazanın var-dövləti…

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Teleqramda yayımlanan postlarının müəllifi məlum olub.

AzerTimes xəbər verir ki, bu barədə “Poliqon” nəşri məlumat yayıb.

“Medvedyevin sosial şəbəkə hesablarında postları köməkçisi Oleq Osipov yazır. O özü isə yalnız hərdən yazıları redaktə edir. Osipov 2018-ci ilin sentyabrında Medvedyevin mətbuat katibi təyin edilib. O, 7 aylıq “xidmət”dən sonra Moskvanın mərkəzində 105 milyon rubla elit mənzil əldə edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, eyni binada Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov, “Roskosmos”un yeni rəhbəri Yuri Borisov və Putinin menecer müavini Olqa Serqun da yaşayır.

Teqlər: