G7 ölkələrinin Rusiyaya malların ixracına tam qadağanın mümkün tətbiqi onlar üçün taxıl müqaviləsinin ləğvi ilə nəticələnə bilər.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“G7-dən olan axmaqların ölkəmizə malların ixracına tamamilə qadağa qoyulması ilə bağlı ideyası gözəldir, çünki bu, həm də onlar üçün ən həssas kateqoriyalar üzrə malların idxalının dayandırılmasına səbəb olacaq”, – Medvedyev bildirib.