Rusiya Ukraynada bütün məqsədlərinə çatacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Teleqram hesabında qeyd edib.
ABŞ-ı Kiyevə silah verməkdə ittiham edən Medvedyev Vaşinqtonu “beynəlxalq terrorizmin sponsoru” adlandırıb.
“Rusiya bütün məqsədlərinə çatacaq. Sülh bizim şərtlərimizlə olacaq”, – Medvedyev vurğulayıb.