Avropa siyasəti alçaldıcıdır, bu, Amerika solistləri üçün solğun dəstək vokalına çevrilməsi ilə bağlıdır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında qeyd edib.
O yazıb ki, Avropada Kol (Helmut Kol, Almaniyanın sabiq kansleri), Şirak (Jak Şirak, Fransanın sabiq prezidenti) və ya Tetçer (Marqarit Tetçer, Britaniyanın sabiq baş naziri) səviyyəsində siyasi xadimlərin izi-tozu da qalmayıb.