NATO-nun Ukraynaya verəcəyi “Patriot”lar Rusiya ordusunun qanuni hədəfinə çevriləcək.
AzerTimes-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.
“Əgər Stoltenberqin eyham vurduğu kimi, NATO Kiyev fanatiklərini NATO personalı ilə birlikdə “Patriot” kompleksləri ilə təmin edərsə, onlar dərhal silahlı qüvvələrimizin qanuni hədəfinə çevriləcəklər. Ümid edirəm ki, Atlantik impotentlər bunu başa düşürlər”, – deyə Medvedyev qeyd edib.