Medvedyev Finlandiyanın NATO üzvlüyünü ələ saldı

Medvedyev Finlandiyanın NATO üzvlüyünü ələ saldı

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Finlandiyanın NATO-ya qəbulunu ələ salıb.

AzerTimes xəbər verir ki, Medvedyev bununla bağlı Teleqram kanalında lətifə də paylaşıb.

Medvedyevin paylaşdığı lətifədə Pekka və Matti adlı iki finin dialoqu təqdim olunub:

– Pekka, ölkəmiz niyə NATO-ya üzv oldu?

– Ruslar bizi hədələyir.

– Niyə bizi hədələyirlər?

– Matti, çünki biz NATO-ya daxil oluruq.

Qeyd edək ki, bu ilin aprelində Finlandiya NATO-nun rəsmən 31-ci üzvü olub.

Teqlər: