Ukraynaya göndəriləcək modernləşdirilmiş T-72 tankı və yaxud “Leopard” tezliklə dəmir yığınına çevriləcək.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“İmperiya ambisiyalarından və onları darmadağın edən tarixin yaratdığı xəyal ağrılarından əziyyət çəkən Varşava, Vilnüs və Kiyevdən olan üç bədbəxt insan Lvova toplaşdı. Aydın oldu ki, onlar tanklar üçün dua edirlər. Hər halda, bütün bu dəmirlər tezliklə metal yığınına çevriləcək”, – Medvedyev qeyd edib.
Onun fikrincə, bu silahlar parçalanmaqda olan süni ölkəni xilas etməyəcək.
Medvedyev iddia edib ki, onlar yenidən Lemberq adını daşıyacaq Lvovda Ukraynanın qərb vilayətlərini yeni (keçmiş) sahiblərinə layiqincə birləşdirmək üçün görüşüblər.
Qeyd edək ki, Ukraynanın Lvov şəhərində bu gün Prezident Vladimir Zelenski, polşalı həmkarı Andjey Duda və litvalı həmkarı Gitanas Nauseda arasında görüş olub.
Palşa lideri Duda Lvovda Varşavanın Kiyevə “Leopard” tankları göndərmək barədə qərar verdiyini açıqlayıb.