Medvedyev: Düşməni sevindirməyin, geri qayıdacağıq

Medvedyev: Düşməni sevindirməyin, geri qayıdacağıq

Rusiyada ərazi suverenliyi anlayışı yoxa çıxmayıb. Hər şey geri – Rusiyaya qayıdacaq.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Bütün qayğıkeş insanların təşvişə düşməsi tamamilə anlaşılandır. Ancaq yaxın və uzaq düşmənə sevinc bəhanəsi verməyin. Tez-tez ona rus dünyasının böyüklüyünü və sonsuzluğunu xatırladın”, – Medvedyev bildirib.

Qeyd edək ki, Rusiya ordusunun Xersondan geri çəkilməsi ölkədə ciddi müzakirələrə və ruh düşkünlüyünə səbəb olub.

Teqlər: