Rusiya Cənubi Koreyadan Ukraynaya mümkün silah tədarükünə cavab olaraq, rəqibi Şimali Koreyanı silahla təmin edəcək.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.
“Görəsən, Cənubi Koreya xalqı ən yaxın qonşuları olan KXDR-dən Rusiya silahlarının son nümunələrini görəndə nə deyəcək?”, – Medvedev bildirib.