Rusiya Böyük Britaniyanın istənilən hökumət rəsmisini qanuni hərbi hədəf hesab edə bilər. Böyük Britaniya faktiki olaraq Rusiya ilə elan olunmamış müharibə aparır, Ukraynaya hərbi dəstək verir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Bu gün Böyük Britaniya Ukraynanın müttəfiqi kimi çıxış edir, ona texnika və mütəxəssislər şəklində hərbi yardım göstərir, yəni faktiki olaraq Rusiyaya qarşı elan olunmamış müharibə aparır. Buna görə də Britaniyanın istənilən dövlət məmuru (həm hərbi, həm də müharibəyə töhfə verən mülki şəxslər) qanuni hərbi hədəf sayıla bilər”, – o bildirib.