Medvedyev: Bu ölkə artıq yoxdur!

Medvedyev: Bu ölkə artıq yoxdur!

Moldova yoxa çıxmış bir dövlətdir. Reçan (Moldovanın Baş naziri – red.) adlı sirli məxluq bildirib ki, nə Rusiya Prezidenti, nə də Rusiya rəsmiləri Moldovaya daxil ola biləcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Yaxşı, birincisi, indi heç kim ora getmir. Bəlkə bir müddət sonra… İkincisi, artıq belə bir ölkə yoxdur. Yerli başçılar onu Rumıniyaya satdılar. Onlarla nəsə danışmağın mənası yoxdur. Qoy onlarla xalq məşğul olsun. Nəhayət, xalq kim olduğuna – moldovalılar, yoxsa rumınlar olduğuna qərar verəcək”, – o bildirib.

Teqlər: