Vətəndaşların müdafiəsi üçün Gürcüstanı sülhə məcbur etməklə bağlı 2008-ci ilin avqustunda tədbirlər görüldü.
AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Bu, həm də ABŞ və NATO-ya Rusiyanın narahatlığına diqqət yetirmələri üçün bir siqnal idi. Amma ABŞ və NATO bunu anlamadı, məhəl qoymadı. Onlar son dərəcə təhlükəli kurslarını davam etdirdilər. 2022-ci ildə biz daha sərt cavab verməli olduq”, – Medvedyev bildirib.