Ukraynada siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun 153 milyon dollarlıq əmlakına həbs qoyulub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Təhlükəsizlik Xidmətinin materiallarına əsasən, məhkəmə Oksana Marçenkonun əmlakına həbs qoyub. Müsadirə edilmiş aktivlərin ümumi dəyəri 5,6 milyard qrivnadan çoxdur”, – deyə bildirilib.