Medvedçuk: Moskvada təhdid altındayam

Medvedçuk: Moskvada təhdid altındayam

Zelenski rejiminə qarşı çıxışıma görə hələ də ölümlə təhdid edilirəm.

AzerTimes xəbər verir ki, bunu Rusiyaya sığınan ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.

“Bu, bir il ev dustaqlığında olduğum zaman zorakılıqla evimə gəlib mənim işimi bitirməklə hədələdikləri vaxt da, ində də – yəni Moskvada olanda belə davam edir. Ukrayna mediasının səhifələrini açsanız, bu təhdidləri, mənim, ailəmin həyatı üçün təhlükələri görəcəksiniz”, – o bildirib.

Medvedçuk qeyd edib ki, bütün bunlar Ukrayna parlamentinin keçmiş deputatı İlya Kivanın qətli fonunda baş verir:

“Bu, Kiyev hakimiyyətinə, Ukrayna ordusuna, Zelenskinin cinayətkar rejiminə açıq şəkildə qarşı çıxan şəxsə etdikləri sifarişli qətlin nəticəsidir”.

Xatırladaq ki, Ukraynada dövlətə xəyanətdə və terrorizmi təbliğ etməkdə ittiham edilən Medvedçuk 2022-ci ildə əsir mübadiləsi nəticəsində Rusiyaya verilib.

Teqlər: