Ukrayna dövlətinə xəyanətdə ittiham edilən, hazırda Rusiyada yaşayan siyasətçi Viktor Medvedçuk “Digər Ukrayna” adlı siyasi hərəkat yaradıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilib ki, Medvedçuk ətrafına əsasən, Ukraynadan qaçan siyasi şərhçiləri, jurnalistləri, Ukraynada müxtəlif maddələr üzrə ittiham edilənləri toplamağa başlayıb.
Qeyd edilir ki, “Digər Ukrayna” layihəsi hələ 2023-cü ilin yanvar ayının sonundan sosial şəbəkələrin Rusiya seqmentində geniş müzakirə olunmaqdadır.