Medianın İnkişafı Agentliyində “Albayrak Media Group”un rəhbərliyi ilə görüş keçirilib (FOTO)

25 may tarixində Medianın İnkişafı Agentliyində (MEDİA)
“Albayrak Media Group”unun rəhbəri Ömər Karaca, “Albayrak Media
Group”un təmsilçisi Samir Babaoğlu ilə görüş keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı
MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov qonaqları Azərbaycanda
bir müddət əvvəl qəbul edilmiş “Media haqqında” qanun, bu qanunun
üstünlükləri, eləcə də ölkədə media reyestrinin yaradılması barədə
məlumatlandırıb. Əhməd İsmayılov nümayəndə heyətinə bu reyestrin
işə salınmasından sonra Azərbaycan media nümayəndələrinin yararlana
biləcəyi imtiyazlar barədə ətraflı məlumat verib. O əlavə edib ki,
onlayn mediada işləyən jurnalistlər də rəsmi status alıb.

İcraçı direktor həmçinin türkiyəli həmkarlarını Azərbaycanda
media sahəsinin inkişafı üçün atılan addımlar, çap mediası və xəbər
saytlarına dəstək proqramları, eləcə də digər təşəbbüslər barədə
məlumatlandırıb.

“Albayrak Media Group”unun rəhbəri Ömər Karaca iki ölkə mediası
arasında münasibətlərin inkişafına töhfəsinə görə Azərbaycan
tərəfinə təşəkkürünü bildirib.

Ömər Karaca, həmçinin qeyd edib ki, iki qardaş, dost ölkənin
media qurumları arasında aparılan informasiya mübadiləsi hər iki
tərəfin xeyrinə olacaq.

Teqlər: