Medianın İnkişafı Agentliyi ATƏT-in Vyanada keçirilən tədbirində təmsil olunub

Medianın İnkişafı Agentliyi ATƏT-in Vyanada keçirilən tədbirində
təmsil olunub.

AzerTimes-ın məlumatına görə, Vyana şəhərində “Böhran dövrlərində
demokratik təsisatların fəaliyyəti” (The Functioning of Democratic
Institutions in Times of Crisis) mövzusunda ATƏT-in insan ölçüsü
üzrə ikinci əlavə görüşü keçirilib.

ATƏT-in Polşa Sədrliyi və Demokratik Təsisatlar və İnsan
Hüquqları Bürosu (The Polish OSCE Chairmanship and OSCE Office for
Democratic Institutions and Human Rights (ODIHR) tərəfindən təşkil
edilən görüşün üçüncü sessiyasında böhran dövrlərində media
pluralizminin əhəmiyyəti, həmçinin etibarlı və keyfiyyətli
informasiyaya əlçatanlığın vacibliyi kimi məsələlər müzakirə
olunub.

Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin əməkdaşları da iştirak edib.

Teqlər: