Xəbər - Çingiz Səfərli -Trend:
Qəzet redaksiyaları ilə yanaşı, qəzetlərin saytlarına da maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.
Ayrılan maliyyə dəstəyinə isə nəzarət olacaq. Məqsədimiz media subyektlərinin iqtisadi müstəqilliyinə də nail olmaqdır.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Medianın İnkişaf Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.
Onun sözlərinə görə, aparılacaq monitorinqlər zamanı yardımın təyinatı üzrə istifadə olunmadığı müəyyən edilsə, o zaman maliyyə yardımı dayandırılacaq.