Xəbər - Asif Mehman -Trend:
Media Reyestri artıq hazırdır.
Trend xəbər verir ki, bunu Media İnkişaf Agentliyinin şöbə
müdiri Natiq Məmmədli deyib.
“Media Reyestrinin ilkin qaydaları hazırlanıb və işçi qaydada
müvafiq strukturlarla müzakirələr aparılır” -, deyə N.Məmmədli
əlavə edib.
N.Məmmədli media subyektlərinin reyestra nə zaman daxil
ediləcəyinə də aydınlıq gətirib:
“Media subyektlərinin reyestrə daxil edilməsi tam şəkildə
təşkilatı hüquqi məsələlər başa çatdıqdan sonra olacaq. Nazirlər
Kabinetinin sərəncamında qeyd olunduğu kimi qısa vaxtda reyestrin
fəaliyyətə başlamasının şahidi olacağıq”, – deyə o qeyd edib.