Martın 13-də media orqanları və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər.
AzerTimes-ın məlumatına görə, səfər iştirakçıları Ağdamda minatəmizləmə prosesini izləyiblər. Daha sonra Ağdam Cümə məscidində, Şahbulaq qalasında və Ağdamın digər dağıdılmış ərazilərində olublar.
Media rəhbərləri səfərlə bağlı təsüratlarını Trend TV-yə bölüşüblər.
Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilib. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.