Media nümayəndələri üçün təlim keçirilib

İqtisadiyyat Nazirliyinin kommunikasiya strategiyasına uyğun
olaraq, iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin
peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Medianın İnkişafı
Agentliyi ilə birgə KİV nümayəndələri üçün “Bazar iqtisadiyyatı və
rəqabət mühiti” və “İstehlakçının hüquq və vəzifələri” mövzularında
təlim keçirilib.

AzerTimes xəbər verir ki,
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Cəfər Babayev media
nümayəndələrini salamlayaraq bildirib ki, təlimin keçirilməsində
məqsəd bazar iqtisadiyyatının prinsipləri, tənzimlənməsi metodları,
antiinhisar tənzimlənməsi və siyasəti, istehlakçıların hüquq və
vəzifələri barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq,
onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdir.

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli
iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən
danışıb, belə təlimlərin media nümayəndələrinin biliklərinin
artırılmasında və medianın ictimaiyyətə dolğun informasiya
çatdırmasında əhəmiyyətini vurğulayıb.

Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin
sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Sertifikatları KİV nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi
Məmməd Abbasbəyli və Medianın İnkişafı Agentliyinin icraçı
direktoru Əhməd İsmayılov təqdim ediblər.

Teqlər: